main-post-cover

    Samsung-dan yeni orta büdcəli Galaxy A21 smartfonu - QİYMƏTİ

    Elm & Texnologiya
    09.04.2020
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy A seriyasının daha bir orta büdcəli smartfon modelini təqdim edib. Söhbət, Galaxy A21-dən gedir. Galaxy A21-in əsas özəllikləri arasında böyük ölçülü ekran, dördlü arxa kamera və sürətli şarj texnologiyası var. Beləliklə yeni Galaxy A21 smartfonu HD+ keyfiyyətli 6.5 düym Infinity-O ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə, Galaxy A21 modeli MediaTek Helio P35 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 16 MP + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 13 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A21 modeli bu ilin yay fəslində 249$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər