main-post-cover

    Samsung, Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun istehsalına başladı

    Elm & Texnologiya
    29.05.2020
    Nijat Hamid
            Samsung şirkəti smartfonlar üçün kamera sensorlarının istehsalında çox ciddi irəliləyib. 250 MP-lik kamera sensoru üzərində işləyən Samsung bu səfər 50 MP-lik yeni kamera sensorunun istehsalına başladığını bildirdi. Lakin bu səfər yeni kamera sensoru Samsung-un iki möhtəşəm kamera texnologiyasını birləşdirir: Dual Pixel Tetracell.

    Samsung, Dual Pixel və Tetracell texnologiyalarını özündə birləşdirən 50 MP-lik yeni ISOCELL GN1 kamera sensorunun istehsalına başladığını bildirdi.

            Bu yeni sensor Samsung-un 1.2 mikrometr ölçülərində piksellərə malik ilk kamera sensorudur. Həmçinin şirkətin 2 mükəmməl texnologiyasını da özündə birləşdirir. Dual Pixel texnologiyası fərqli nöqtələrdən işıq ala bilən bir pikselin içinə 2 ədəd fotodiodun yerləşdirilməsini mümkün edir. Bu səbəbdən zəif işıqlı ortamlarda belə kamera hər cismə çox sürətli şəkildə fokus edə bilir. Şəkil çəkilərkən 2 fotodioddan gələn işıqlar tək pikseldə birləşdirildiyi üçün şəkil daha mükəmməl alınır. Həmçinin proqram təminatı ilə də 100 MP-ə yaxın keyfiyyətdə şəkil çəkmək mümkün olur.
            Tetracell texnologiyası isə piksellərin işığı tutma qabiliyyətlərini və şəkillərin sensorda işlənmə performansını artdıran piksel birləşdirmə texnologiyasıdır. Bu texnologiya 4 pikseldən gələn siqnalı birləşdirərək 12.5 MP keyfiyyətində daha işıqlı şəkillərin çəkilməsini mümkün edir. Bütün bunlar Samsung-un yeni GN1 smartfon kamera sensorunda birləşir. Bu yeni kamera sensoru 8K 30 FPS video çəkmə dəstəyinə malikdir. Həmçinin Smart ISO, səhnəni müxtəlif anlarda tuta bilən Optimum ISO, HDR və EIS dəstəyi də mövcuddur. Samsung bu kamera sensorunun istehsalına başladığını da bəyan etdi. Bu o deməkdir ki, yaxın zamanlarda yeni smartfonlarda bu kamera sensorunu görə bilmək mümkün olacaq.
    Linki kopyala