main-post-cover

    Samsung, ekranda barmaq izi skanına sahib yeni Galaxy P smartfon seriyası üzərində çalışır

    Elm & Texnologiya
    25.09.2018
    Farid Pardashunas
        Sammobile adlı mənbənin verdiyi məlumata əsasən Samsung şirkəti ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına sahib yeni smartfon seriyası üzərində çalışır. Məlumata əsasən şirkətin yeni smartfon seriyası Galaxy P adlanacaq və ona ilk öncə Galaxy P30P30+ modelləri daxil olacaq. İlk öncə güman olunurdu ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası Galaxy S10-da reallaşdırılacaq.

        Lakin şirkətin yeni biznes strategiyasına əsasən ən yeni texnologiyalar ilk öncə büdcəli smartfon modellərində tətbiq olunacaq və daha sonra flaqman modellərə inteqrasiya olunacaq. Beləliklə məlumdur ki, şirkətin yeni Galaxy P seriyası büdcəli smartfon modelləri olacaq və onlar maye kristallik ekrana sahib olcaqlar. Lakin məsələ buarsındadır ki, maye kristallik ekranda barmaq izi skanı texnologiyasını reallaşdırmaq qeyri mümkündür. Məlumata əsasən şirkət elə bir texnologiya yaradıb ki, o, hətta maye kristallik ekranda da çalışacaq. Yeni smartfon seriyası barəsində əlavə məlumat hələki yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər