Logo
    main-post-cover

    Samsung elastiki ekrana və sensorlu klaviaturaya sahib noutbuku patentləşdirib

        İnsayderlər Samsung şirkətinin yeni patent sorğusunu aşkar ediblər. Şirkətin yeni patent sorğusunda qatlana bilən Galaxy Z Fold-u xatırladan noutbuk modelinin təsviri əks olunub. Patent sənədində həmçinin sözügedən noutbukun eskiz fotoları aşkar edilib. Bəzi məlumatlara əsasən Samsung bu cür cihazı artıq gələn ilin əvvəlində anons edə bilər. İlk dəfə elastiki ekrana sahib Galaxy Book Fold 17 adlı noutbuk modeli Samsung-u OLED ekranlarının reklam olunması üçün çəkilmiş videoda əks olunmuşdu.
        Samsung-un yeni patent sorğusu isə onu göstərir ki, şirkət həqiqətən də elastiki ekrana sahib noutbuk modelinin satışa çıxarılmasında maraqlıdır. Patent sənədlərində qeyd edilmiş məlumata əsasən bu cür noutbuk modeli özündə həmçinin sensorlu klaviaturanı da birləşdirəcək. Bu cür klaviatura isə xüsusi tətbiqlərdə çalışmaq üçün əlavə rahatlığı təmin edəcək. Həmçinin eskiz fotolardan da görmək olar ki, ekranın aşağısında sensorlu klaviaturanın yan hissəsində sensorlu trackpad üçün nəzərdə tutulmuş ayrıca kiçik sahə mövcuddur. Təsdiq olunmamış məlumatlara əsasən Samsung sözügedən noutbukunu yanvar ayında Las Veqasda baş tutacaq CES 2023 sərgisində sərgiləyəcək.
    Paylaş
    Bənzər xəbərlər