
Samsung ən sürətli NVMe SSD-sini təqdim etdi: 980 Pro
Elm & Texnologiya
30.08.2020
Nijat
Samsung şirkəti istehsal etdiyi çiplər və SSD-lər ilə ekosistemdə öz fərqini ortaya qoyur. Keçən il təqdim etdiyi həm performansı, həm uzun ömrü ilə bilinən 970 Pro SSD-sinin yeni versiyası olan 980 Pro təqdim edildi. Yeni SSD-nin 3 fərqli yaddaşa malik versiyası olacaq: 250 GB, 500 GB və 1 TB. Qeyd edək ki, bu SSD PCİe 4.0 interfeysini dəstəkləyir. Bu o deməkdir ki, bu cihaz ekosistemdəki ən yenə və ən sürətli ötürmə protokoluna malikdir.
Samsung-un yeni 980 Pro SSD-si saniyədə 7 GB fayl oxuya bilir.
Paylaş
Bənzər xəbərlər