Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Texnologiya
17.03.2023 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru barəsində məlumat vermişdilər. İnsayderlərin bəziləri qeyd etmişdilər ki, sözügedən prosessor ümumiyyətlə ləğv edilib, dgərləri isə bildirmişdilər ki, Samsung onu öz smartfonlarında istifadə edəcək. İndi insayderlər sözügedən prosessor barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə təqdim edilmiş məlumata əsasən Exynos 2300 nəticə etibarilə istifadəyə veriləcək, lakin o, Samsung smartfonlarında olmayacaq.

    Bununla yanaşı məlumatda qeyd edilib ki, yeni flaqman prosessor bazarda başqa ad ilə təqdim olunacaq. İnsayderlər bildiriblər ki, Samsung Exynos 2300 adlı prosessor üzərində çalışmağa davam edir. Bununla belə şirkət onun adını Google Tensor G3-ə dəyişəcək və nəticədə o, Pixel 8 smartfon seriyasında istifadə ediləcək. Gözləntilərə əsasən Exynos 2300 prosessoru 3.09 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.65 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A715 nüvəsini və 2.1 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A510 nüvəsini əldə edəcək.




DAHA ÇOX


Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığ..


Almaniya Huawei və ZTE-nin 5G təchizatlarından istifadəni dayandırmağı planlaşdı..

Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin mobil 5G şəbəkələrində Huawei və ZTE şirkətlərinin istehs..


Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Hu..


Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola..

Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim..

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır...


Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib

Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmil..

×