Logo
    main-post-cover

    Samsung Exynos 2400 ən təkmilləşdirilmiş mobil prosessorlardan biri ola bilər

        Heç sirr deyil ki, Samsung hal hazırda növbəti flaqman Exynos prosessoru üzərindıə çalışır. Son məlumat sızıntılarına əsasən söhbət, Exynos 2400 adlı prosessordan gedir. İndi isə insayderlər sözügedən yeni flaqman prosessorun əsas özəlliklərindən biri barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Exynos 2400 prosessoru hardware arxitekturası baxımından öz kateqoriyasında ən təkmilləşdirilmiş prosessorlardan biri olacaq.
        Məlumata əsasən Exynos 2400-ın hazırlanmasında I-Cube texnologiyasından istifadə ediləcək. Yəni başqa sözlə desək, CPU, GPU və sürətli HBM yaddaşı bir çipdə birləşdiriləcək. Gözləntilərə əsasən Exynos 2400 prosessoru 10 nüvəyə sahib olacaq. İnsayderlərin sözlərinə əsasən prosessorda olacaq 10 nüvə eyni anda çalışmayacaq. İstifadəçi tərəfindən smartfona olacaq bu və ya digər yüklənmələrdən asılı olaraq işə düşəcək nüvələrin sayı artacaq. Exynos 2400 prosessorunun nə zaman təqdim olunacağı və ilk olaraq hansı Samsung smartfonunda quraşdırılacağı məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər