
Samsung Exynos 2400 prosessoru barəsində məlumatlar verilib
Elm & Texnologiya
20.04.2023
Emil
İnsayderlər Samsung şirkətinin hələ təqdim edilməmiş Exynos 2400 flaqman mobil prosessoru barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Exynos 2400 prosessoru ARMv9 sinifinə daxil olan 10 ədəd fiziki nüvəni və AMD RDNA 2 arxitekturası əsasında hazırlanmış 12 hesablayıcı blokdan ibarət qrafikanı əldə edəcək. Bununla yanaşı insayderlər bildiriblər ki, Samsung-un yeni flaqman mobil prosessorunda nüvələr “1 + 2 + 3 + 4” sxemi üzrə yerləşəcəklər. Beləliklə Exynos 2400 prosessoru 3.1 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.9 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A720 nüvəsini, 2.6 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A720 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A520 nüvəsini əldə edəcək. Exynos 2400-ın nə zaman təqdim ediləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər