Logo
    Samsung Exynos 2400 prosessoru barəsində rəsmi məlumatlar verilib

    Samsung Exynos 2400 prosessoru barəsində rəsmi məlumatlar verilib

        System LSI Tech Day 2023 tədbiri çərçivəsində Samsung şirkəti öz yeni flaqman prosessoru barəsində yeni məlumatları təqdim edib. Söhbət, Exynos 2400-dan gedir. Məlumata əsasən sözügedən prosessor AMD şirkətinin RDNA 3 arxitekturası əsasında hazırlanmış Xclipse 940 adlı qrafik çipinə sahibdir. Samsung təmsilçilərinin sözlərinə əsasən Exynos 2400-ın mərkəzi prosessorunun performansı 1.7 dəfə, süni zəka sisteminin performansı isə 14.7 dəfə yüksəlib.
      Nəticədə Exynos 2200 ilə müqayisədə Exynos 2400 prosessoru 70% daha sürətlə çalışır. Lakin burda əsas nüans ondan ibarətdir ki, şirkət Exynos 2400 modelini məhz Exynos 2200 ilə müqayisə edir. Dünən isə Exynos 2400-ın ilk GPU test nəticələri ortaya çıxdı və onlar heç də ürəkaçan deyillər. Belə ki, Exynos 2400-ın GPU-su Snapdragon 8 Gen 3-də istifadə ediləcək GPU-dan daha geridə qalır. Bu isə o deməkdir ki, gələn il Exynos 2400 prosessoruna sahib olacaq smartfonlar qrafik mövzuda Snapdragon 8 Gen 3 prosessoruna sahib olacaq smartfonlardan geridə qalacaqlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Exynos 2400 prosessoru barəsində rəsmi məlumatlar verilib