
Samsung Exynos 2500 flaqman prosessoru təkcə smartfonlarda istifadə edilməyəcək
Elm & Texnologiya
04.04.2024
Sabina
Samsung ya bu ilin sonunda ya da gələn ilin əvvəlində Exynos 2500 prosessorunu təqdim edəcək. Bu prosessorun Galaxy S24 smartfonlarında istifadə ediləcəyi gözlənilir. Lakin ortaya çıxmış yeni məlumata əsasən sözügedən yeni flaqman prosessor Samsung üçün daha öncəki Exynos modelləri ilə müqayisədə daha böyük məna kəsb edə bilər. Belə ki, Exynos 2500-ın təkcə smartfonlarda istifadəsi planlaşdırılmır. İnsayderlərin sözlərinə əsasən Exynos 2500 iki versiyada mövcuddur. Exynos 2500-A və Exynos 2500-B. Məlumatda qeyd edilib ki, Exynos 2500-A adlı versiya 8 nüvəyə, Exynos 2500-B isə 10 nüvəyə sahibdir. İnsayderlər bildiriblər ki, Exynos 2500-B adlı versiya Samsung-un planşetlərində və noutbuklarında istifadə ediləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
