Samsung Exynos 2500 flaqman prosessoru üzərində çalışmağa başlayıb

Samsung Exynos 2500 flaqman prosessoru üzərində çalışmağa başlayıb

Texnologiya
02.05.2023 PAYLAŞIM

    Keçən ayın sonunda məlum oldu ki, Samsung şirkəti flaqman smartfonlarına Exynos prosessorlarını geri qaytarmaqda israrlıdır. Gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfonlarından bəzilərinin və ya hamısının Exynos prosessoruna sahib olacaqları istisna deyil. Söhbət, məhz Exynos 2400 flaqman prosessorundan gedir. Son məlumatlara əsasən Samsung hal hazırda bu prosessor üzərində aktiv şəkildə çalışır. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən isə şirkət artıq Exynos 2500 prosessoru üzərində işlərə start verib.

    Onun 2025-ci ildə Galaxy S25 smartfon seriyasının tərkibində istifadəyə veriləcəyi gözlənilir. İnsayderlərin sözlərinə əsasən Exynos 2400-da olduğu kimi Samsung Exynos 2500-da da 10 nüvəli arxitekturaya istiqamətlənəcək. Lakin Exynos 2400-dan fərqli olaraq Exynos 2500 prosessoru 4 ədəd yüksək performanslı Cortex-X nüvəsinə sahib olacaq. Bundan əlavə olaraq prosessorun bir neçə ədəd Cortex-A730 nüvəsini və bir neçə ədəd Cortex-A520 nüvəsini əldə edəcəyi gözlənilir. Bu cür prosessorun bütün performans rekordlarını qırma ehtimalına sahib ola biləcəyinə baxmayaraq onun hansı səviyyədə qıza biləcəyi sual altındadır.




DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×