Logo
    main-post-cover

    Samsung Exynso 2400 prosessoru bir mövzuda Apple A17 Pro-dan üstün olacaq

    Elm & Texnologiya
    14.12.2023
    Emil
         Artıq məlumdur ki, Samsung şirkəti özünün yeni flaqman prosessorunu işə salmağa hazırlaşır. Söhbət, Exynos 2400-dan gedir. İndi isə insayderlər sözügedən prosessor barəsində yeni məlumatlar veriblər. Onların sözlərinə əsasən Exynos 2400 prosessoru bir mövzuda iPhone 15 Pro modellərinin sahib olduqları Apple A17 Pro prosessorunu geridə qoya bilər. Məlumatda qeyd edilib ki, Exynos 2400 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Apple A17 Pro prosessoru isə 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb.
         İnsayderlər bildiriblər ki, Samsung şirkəti Exynos 2400-ın daha nazik vəziyyətə salınmasına və prosessorda daha yaxşı istilik paylanmasına nail ola bilib. Gözləntilərə əsasən Exynos 2400-ın tərkibinə Samsung ilə AMD arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış qrafik çip daxil olacaq. İnssayderlər bildiriblər ki, Exynos 2400 prosessoru məhz qrafik çipin performansı mövzusunda Apple A17 Pro-dan üstün olacaq. Qeyd etmək lazımdır ki, Exynos 2400-ın Galaxy S24 smartfon seriyasında istifadə ediləcəyi gözlənilir.
     
    Paylaş