main-post-cover

    Samsung Galaxy A30 smartfonu Geekbench testindən keçdi

    Elm & Texnologiya
    21.01.2019
    Farid Pardashunas
        Samsung şirkəti bu ilki smartfon modellərini artıq bençmark saytlarında test edir. Bu dəfə Geekbench bençmark saytında Galaxy A30 (SM-A305F model nömrəli) smartfon modeli ortaya çıxıb. Bu barədə Sammobile saytı xəbər verib. Beləliklə Geekbench testlərindən məlum olub ki, Galaxy A30 modeli Exynos 7885 prosessoruna sahibdir. Bu prosessor həmçinin 2018-ci ilin Galaxy A7, Galaxy A8Galaxy A8 Plus smartfon modellərində də istifadə edilirdi.

        Bu ildə isə bu prosessor həmçinin Galaxy A40Galaxy M20 smartfon modellərində də olacaq. Beləliklə Geekbench testində iştirak etmiş Galaxy A30 modeli 4 GB RAM-a və Android Pie əməliyyat sisteminə sahib olub. Smartfon birnüvəli testdə 1321 xal, çoxnüvəli testdə isə 4142 xal toplayıb. Məlumata əsasən Galaxy A30 modeli 32/64 GB daxili yaddaş həcminə sahib olacaq. Yeni Galaxy A seriyasının təqdimatının Galaxy S seriyasının təqdimatından sonra baş tutacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər