main-post-cover

    Samsung Galaxy A30s smartfonu Geekbench testindən keçdi

    Elm & Texnologiya
    02.07.2019
    Emil Nəcəfov
        Keçən ayın əvvəlində internetdə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy A30s modeli üzərində çalışır. İndi isə bu smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxdı. Bu barədə MySmartprice saytına istinadən Gagadget saytı xəbər verib. Galaxy A30s modeli məşhur Geekbench bençmark saytının məlumatlar bazasında SM-A307FN model nömrəsi ilə aşkar edilib. Hesabatda qeyd olunub ki, smartfon Exynos 7904 prosessoru vasitəsilə çalışır.
        Həmin prosessor həmçinin adi Galaxy A30 modelində də var. Galaxy A30s modeli həmçinin 3 GB RAM-a və Android Pie əməliyyat sisteminə sahib olacaq. Smartfon Geekbench-in birnüvəli testində 1322 xal, çoxnüvəli testində isə 4116 xal toplayıb. Bu cür nəticələr isə Exynos 7904 prosessoru üçün standart nəticələrdir.

        Baxmayaarq ki, Galaxy A30s modeli adi Galaxy A30-un prosessoruna sahibdir, məlumata əsasən yeni model adi modelin daha təkmilləşdirilmiş versiyası olacaq. Çox güman ki, Galaxy A30s modeli Infinity-U ekran, ikili arxa kamera və USB-C girişi ilə təchiz olunacaq. Məşhur hindistanlı insayder Mukul Sharma-nın sözlərinə əsasən Galaxy A30s smartfonu artıq bu ay təqdim olunacaq. Lakin dəqiq təqdimat tarixi barəsində bir məlumat yoxdur.
    Linki kopyala