
Samsung Galaxy A50 haqqında yeni məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
12.02.2019
Emil
Biz artıq bir neçə müddət bundan öncə xəbər vermişdik ki, Samsung şirkəti Galaxy A50 smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfon FCC sertifikatlaşdırma təşkilatının məlumatlar bazasında aşkar edilib. Bu barədə MySmartPrice saytı xəbər verib. Beləliklə əldə olunmuş məlumatlara əsasən Galaxy A50 smartfonu 6.2 düym ekrana sahib olacaq.

Bununla yanaşı smartfon iki SIM kart girişi, Wi-Fi 802.11 a/b/g/n/ac və Bluetooth 5.0 dəstəyini əldə edəcək. Əvvəlki məlumat sızıntılarına inansaq, Galaxy A50 smartfonu Galaxy M10 və M20 modelləri kimi ekran üzərində V şəkilli çıxıntı hissə (Infinity V), Exynos 9610 prosessoru, 4 GB RAM, üçlü arxa kamera, 4000 mAh enerji tutumlu batareya həcmi və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Smartfonun təqdimatının yaz fəslinin əvvəlində baş tutacağı güman edilir. Lakin dəqiq bir tarix hələki yoxdur.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
