
Samsung Galaxy A50 smartfonu barəsində ilk məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
21.01.2019
Hindistanın 91mobiles saytı hələ təqdim edilməmiş Samsung Galaxy A50 smartfon modeli barəsində ilkin məlumatları verib. Beləliklə məlumata əsasən smartfon 6 düymlük ekran (ekran üzərində V şəkilli çıxıntı hissəli) və üçlü arxa kamera ilə təchiz olunacaq. Çox güman ki, söhbət, 24 MP + 10 MP + 5 MP üçlü arxa kameradan gedir. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A50 modeli Exynos 9610 prosessoru, 4 GB RAM, 4000 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Məlumatlara əsasən Galaxy A50 modeli artıq gələn ay satışa çıxacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...