Logo
    main-post-cover

    Samsung Galaxy A50 smartfonunun dizaynı ortaya çıxdı

    Elm & Texnologiya
    18.02.2019
    Emil
        Droidshout adlı sayt Galaxy A50 smartfon modelinin istifadəçi təlimatı fotosunu təqdim edib. Beləliklə smartfonun xarici görünüşünün necə olacağı məlum olub. Təqdim olunmuş fotodan da görmək olar ki, smartfon genişformatlı ekrana (Infinity U) və ekran üzərində V şəkilli çıxıntı hissəyə sahib olacaq. Barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya ediləcək. Arxa paneldə isə üçlü kamera və LED işıqlandırma sistemi yerləşəcək.

        Galaxy A50 həmçinin 3.5 mm-lik audiogiriş, USB-C girişi və Google Pay ödəmə sistemi üçün NFC modul ilə də təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarına inansaq, Galaxy A50 smartfonu Full HD+ keyfiyyətli 6.4 düym Super AMOLED ekran, Exynos 9610 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 25 MP (f/1.7 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 24 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A50 smartfonu yaz fəslinin əvvəlində təqdim olunmalıdır.


    Paylaş
    Bənzər xəbərlər