main-post-cover

    Samsung Galaxy A50 smartfonunun real fotosu təqdim olundu

    Elm & Texnologiya
    19.02.2019
    Emil Nəcəfov
        Məşhur hindistanlı insayder Ishan Agarwal Samsung Galaxy A50 smartfon modelinin real fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Əvvəl də güman edildiyi kimi Galaxy A50-nin arxa panelində üç kamera modulu və işıqlandırma sistemi olacaq. Bundan əlavə olaraq smartfon şüşə materialdan hazırlanmış gövdəyə sahib olacaq və gövdənin özü qradient rənglə örtülü olacaq.

        Arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, onu smartfonun ekranına inteqrasiya edəcəklər. Əvvəlki məlumat sızıntılarına inansaq, Galaxy A50 smartfonu FHD+ keyfiyyətli və AMOLED matrisalı 6.4 düym Infinity-U ekran, 8 nüvəli Exynos 9610 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 25 MP (f/1.7 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 24 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon yaz fəslinin əvvəlində təqdim olunmalıdır.
    Linki kopyala