main-post-cover

    Samsung Galaxy A51-in texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    05.11.2019
    Emil Nəcəfov
        Samsung şirkətinin orta büdcəli Galaxy A51 smartfon modeli barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə insayderlərdən biri sözügedən smartfonun texniki göstəricilərini təqdim edib. Bu barədə Droidshout saytı xəbər verib. Verilmiş məlumata əsasən smartfon 6.5 düym AMOLED ekrana və Galaxy A50-dəki kimi ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq.
        Bundan əlavə olaraq Galaxy A51 modeli 48 MP-lik arxa kamera, 32 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi ilə çalışacaq. Smartfonun Geekbench testlərinə inansaq, Galaxy A51 həmçinin Exynos 9611 prosessorunu və 4 GB RAM-ı özündə birləşdirəcək.
    Linki kopyala