main-post-cover

    Samsung Galaxy A8-in fotoları sızdırıldı

    Elm & Texnologiya
    16.12.2017
    Farid Pardashunas
    2018-ci ilin əvvəlində “Samsung” şirkəti Galaxy A seriyasının yeni modellərini təqdim etməlidir.
    Sözügedən smartfon seriyasında bəzi dəyişikliklər olacaq. Belə ki, şirkət Galaxy A7 əvəzinə Galaxy A8A8+ modellərini təqdim edəcək. Xarici görünüşcə Galaxy A8 Galaxy S8-ə bənzəyəcək. Onun ekranının ətrafındakı çərçivələr nazik olacaq, ekranın nisbəti isə 18:9-a təşkil edəcək. Barmaq izi skanı arxa paneldə yerləşən kameranın altında yerləşəcək.

    Həmçinin smartfon ənənəvi 3.5 mm-lik audiogirişi də özündə saxlayacaq. Texniki göstəricilərə gəldikdə isə smartfon 5.5 inç (Galaxy A8) və 5.7 inç (Galaxy A8+) Super AMOLED Full HD ekran, 2.2 GHz tezlikli Exynos 7885 prosessoru, 6 GB RAM, 64/256 GB daxili yaddaş, f/1.7 diafraqmalı 16 MP-lik kamera, biri 16 MP, digəri isə 8 MP-lik olan ikili ön kamera ilə təchiz olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər