Logo
    main-post-cover

    Samsung Galaxy A9 planşetlərinin nə zaman təqdim ediləcəyi məlum olub

    Elm & Texnologiya
    25.09.2023
    Emil
        Biz dəfələrlə xəbər vermişik ki, Samsung şirkəti büdcəli Galaxy Tab A9 planşetlərini təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, sözügedən planşetlərin təqdimatları artıq çox yaxındır. Belə ki, Amazon saytında ortaya çıxmış posterlərə əsasən Galaxy Tab A9 planşetləri artıq gələn həftə təqdim olunacaqlar. Yəni 5 oktyabr tarixində. Sözügedən planşet seriyasına iki model daxil olacaq. Adi Galaxy Tab A9 və Galaxy Tab A9+. Məlumata əsasən adi Galaxy Tab A9 modeli 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş ilə LTE dəstəyini birləşdirəcək. Galaxy Tab A9+ modelinə gəldikdə isə o, Snapdragon 695 prosessoru və 4 GB RAM ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər