main-post-cover

    Samsung Galaxy A90 smartfonu barəsində yeni məlumat verilib

    Elm & Texnologiya
    01.07.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Galaxy A90 flaqman smartfonu barəsində yeni məlumatlar paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən Galaxy A90 modeli Galaxy A80 kimi çevrilə bilən kamera moduluna sahib olmayacaq. Bunun yerinə smartfon FHD+ keyfiyyətli AMOLED ekrana sahib olacaq və ekranın yuxarısında isə ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq. Qeyd etmək lazımdır ki, smartfon iki versiyada təqdim olunacaq.
        Onlardan biri SM-A908, digəri isə SM-A905 model nömrəsinə sahib olacaq. Birinci smartfon 6.7 düym ekran, Snapdragon 855 prosessoru və 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Birinci smartfonun əsas özəlliyi isə ondan ibarət olacaq ki, o, 5G modemə sahib olacaq. İkinci modelin birinci modeldən əsas fərqi onda olacaq ki, ikinci model 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Bu yeni smartfonların nə zaman təqdim olunacaqları barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər