main-post-cover

    Samsung Galaxy A90 smartfonunun render fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    06.02.2019
    Farid Pardashunas
        İnternetdə Samsung şirkətinin yeni smartfon modeli Galaxy A90-nın render fotosu ortaya çıxıb. Bu barədə Trendingleaks saytı xəbər verib. Ortaya çıxmış fotoda smartfon qradient rəngə sahibdir. Smartfon həmçinin böyük genişformatlı ekran ilə təchiz olunub və ekran smartfonun ön panelinin 92%-ni əhatə edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Galaxy A90 smartfonu üçlü arxa kameraya və smartfon gövdəsindən xaricə çıxan ön kamera ilə təchiz olunmalıdır.

        Ön kamera smartfonun yuxarı hissəsinin mərkəzində və ya sol hisəssində yerləşdirilə bilər. Qeyd etmək lazımdır ki, bu, sadəcə olaraq smartfon barəsində olan məlumat sızıntıları əsasında hazırlanmış konsept fotodur. Başqa sözlə desək, smartfonun final versiyasının bu cür görünüşə sahib olmama ehtimalı var. Galaxy A90 smartfonu bu ilin birinci yarısında satışa çıxmalıdır. Hal hazırda isə şirkət Galaxy S10 flaqman seriyasının təqdimatına hazırlaşır və təqdimat 20 fevral tarixində San Fransiskoda baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər