main-post-cover

    Samsung Galaxy A91-in texniki göstəriciləri barəsində məlumat verildi

    Elm & Texnologiya
    12.10.2019
    Emil Nəcəfov
        Çoxdan məlumdur ki, Samsung şirkəti Galaxy A seriyasının növbəti smartfon modeli üzərində çalışır. Söhbət, Galaxy A91 modelindən gedir. İndi isə Sammobile saytı həmin hazırlanan smartfon barəsində məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən Galaxy A90 kimi Galaxy A91 də Full HD+ keyfiyyətli 6.7 düym Infinity-U ekrana sahib olacaq. Lakin smartfon 5G dəstəyini əldə etməyəcək.
        Əsas texniki göstəricilər baxımından isə smartfon Snapdragon 855 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 45 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Sürətli şarj naqilinin smartfon komplektində olması və ya istifadəçinin onu ayrıca alması barəsində bir məlumat yoxdur. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy A91 modeli 2020-ci ildə satışa çıxacaq. Lakin yeni məlumat sızıntısına əsasən smartfon bu ilin sonuna kimi satışa çıxa bilər. 
    Linki kopyala