
Samsung artıq bir neçə ildir ki, öz flaqman smartfonlarının Fan Edition (FE) versiyalarını təqdim edir. Görünür indi növbə şirkətin naqilsiz qulaqlıqlarına çatıb. Məlum olub ki, şirkətin yeni naqilsiz qulaqlığı Koreyada sertifikatlaşdırmadan keçib və bunun sayəsində onun ilk fotosu ortaya çıxıb. Məlumata əsasən yeni naqilsiz qulaqlıq 22 avqust tarixində sertifikatlaşdırılıb. Cihazın kommersiya adı bilinməsə də insayderlərin sözlərinə əsasən o, Galaxy Buds FE adı altında satışa çıxacaq. Galaxy Buds FE-nin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Gözləntilərə əsasən sözügedən yeni naqilsiz qulaqlıq 100$ satış qiymətinə sahib olacaq.