Logo
    main-post-cover

    Samsung Galaxy Buds FE naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

        Samsung şirkətinin Galaxy FE cihazları arasında təqdim etmiş olduğu daha bir yeni məhsul Galaxy Buds FE naqilsiz qulaqlığı olub. Sözügedən yeni naqilsiz qulaqlıq ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir və süni zəka vasitəsilə telefon danışıqlarının keyfiyyətlərini yüksəldir. Hər bir Galaxy Buds FE qulaqlığı 3 ədəd mikrofon ilə təchiz olunub. Onlardan ikisi xarici hissədə quraşdırılıb və onlar ətraf səs-küyün aktiv boğulması funksiyasından cavabdehdirlər. Yerdə qalan üçüncü mikrofon isə qulaqlıqlarda daxili hissəyə quraşdırılıb və o, telefon danışıqlarından cavabdehdir.
        Galaxy Buds FE həmçinin şəffaf rejimi də dəstəkləyir. Onu aktivləşdirməklə ətrafda baş verənləri rahatlıqla eşitmək olar. Telefon danışıqları zamanı qulaqlıqlar neyron şəbəkəsi alqoritmlərindən istifadə edirlər. Bunun sayəsində səs keyfiyyəti yüksəlir və ətrafdakı küylər aradan qaldırılır. Samsung mühəndisləri qulaqlıqların dizaynlarını elə şəkildə reallaşdırıblar ki, sensorlu idarəetmə paneli gövdənin qalan hissəsindən ayrılmış olsun. Nəticədə qulaqlıqların gövdələrinə toxunuş zamanı ola biləcək yalnış əmrlərin işə düşməsi ehtimalı azalır. Galaxy Buds FE naqilsiz qulaqlığı 10 oktyabr tarixində 100$ qiymətində satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər