Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları ortaya çıxıb

Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları ortaya çıxıb

Texnologiya
12.09.2023 PAYLAŞIM

    Keçən həftə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlığı üzərində çalışır. İndi isə bu məlumat öz təsdiqini tapıb. Belə ki, Galaxy Buds FE-nin şarj keysinin və qulaqlıqların özlərinin fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, şarj keysi ağ rəngə, qulaqlıqların özləri isə qara rəngə sahib olacaqlar. Məlumata əsasən hər bir qulaqlıq 2 ədəd mikrofon ilə təchiz olunacaq və sensorlu idarəetməyə sahib olacaq. Üstəlik qulaqlıqlar istifadəçinin qulaqlarında yerləşib-yerləşmədiklərini təyin edə biləcəklər. Çox güman ki, bu, musiqinin avtomatik olaraq dayandırılması və işə salınması üçün reallaşdırılacaq. Galaxy Buds FE naqilsiz qulaqlığının Galaxy S23 FE smartfonu və Galaxy Tab S9 FE planşetləri ilə birlikdə təqdim olunacağı gözlənilir.




DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×