main-post-cover

    Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim edilib

    Elm & Texnologiya
    21.09.2023
    Emil Nəcəfov
        Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır. İndi isə Roland Quandt adlı məşhur insayder sözügedən yeni naqilsiz qulaqlığın yeni fotolarını və məlumatlarını təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən qulaqlıqların hər biri 12 mm-lik drayverləri və ətraf səs-küyün aktiv boğulması funksiyasını əldə edəcək.
        Ətraf səs-küyün aktiv boğulması funksiyası üçün qulaqlıqların hər biri 2 ədəd mikrofon ilə təchiz olunacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy Buds FE Bluetooth 5.3 texnologiyasının dəstəyinə sahib olacaq. İnsayder bildirib ki, bu yeni naqilsiz qulaqlığın gözlənilən satış qiyməti 99$-dır. Onun sözlərinə əsasən Galaxy Buds FE-nin təqdimatı yaxın bir neçə həftə ərzində baş tutacaq. Çox güman ki, o, Galaxy S23 FE smartfonu ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər