
Samsung Galaxy Buds Live 2 naqilsiz qulaqlığından imtina etmiş ola bilər
Elm & Texnologiya
19.04.2023
Emil
Verilmiş yeni məlumata əsasən Samsung şirkətinin növbəti naqilsiz qulaqlığı Galaxy Buds 3 olacaq. Bununla belə şirkət Galaxy Buds Live 2 naqilsiz qulaqlığını təqdim etməyəcək. Məlumata əsasən şirkət ümumiyyətlə Galaxy Buds Live 2-dən imtina edib. Qeyd etmək lazımdır ki, Samsung Galaxy Buds Live naqilsiz qulaqlığını 2020-ci ildə təqdim etmişdi.
Həmin vaxtda Galaxy Buds Live modeli öz dizaynı ilə istifadəçilərin diqqətlərini üzərinə çəkməyi bacarmışdı. Belə ki, qulaqlıqlar paxla formasında olan dizayna sahib idilər. Galaxy Buds 3-ə gəldikdə isə məlumatda qeyd edilib ki, o, Galaxy Buds Pro 2-nin bəzi funksiyalarını əldə edəcək və Galaxy Buds seriyasında ən yaxşı səs keyfiyyətini təmin edəcək. Galaxy Buds 3-ün avqust ayında qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları birlikdə təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər