main-post-cover

    Samsung Galaxy Fold'un satış tarixi məlum oldu

    Elm & Texnologiya
    30.08.2019
    Farid Pardashunas
        İyul ayının sonunda Samsung şirkətinin təqdim etmiş olduğu press-relizdə bildrilmişdi ki, qatlana bilən Galaxy Fold smartfonu sentyabr ayında satışa çıxacaq. Görünür, şirkət smartfonun dəqiq satış tarixini qərarlaşdırıb. Belə ki, Koreyanın Yonhap News adlı saytının verdiyi məlumata əsasən şirkət Galaxy Fold smartfonunu 6 sentyabr tarixində satışa çıxardacaq. Yəni berlində keçiriləcək IFA 2019 sərgisinin ilk günündə.
        İlk öncə smartfon Koreyada satışa çıxacaq. Daha sonra isə o, ABŞ və Avropa bazarlarında satışa çıxacaq. Şirkət ilin sonuna kimi Koreyada 30.000 ədəd Galaxy Fold satmağa ümid edir. Qeyd etmək lazımdır ki, şirkət ilk Galaxy Fold modellərini hələ 3 ay bundan öncə jurnalistlərə test üçün göndərmişdi. Lakin smartfonun ekranında ortaya çıxmış problemlər səbəbilə şirkət smartfonun satışlarını təxirə salmışdı. Məlumata əsasən isə yenilənmiş Galaxy Fold-da bütün problemlər aradan qaldırılıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər