main-post-cover

    Samsung Galaxy M20 barədə bütün məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    15.01.2019
    Farid Pardashunas
        İnternetdə Galaxy M20 smartfon modelinin istifadə təlimatçası məlumatları ortaya çıxıb. Beləliklə sözügedən smartfon barədə hər şey məlum olub. Bu barədə Mobielkopen saytı xəbər verib. Beləliklə smartfon 19.5:9 nisbətli 6.3 düym Full HD+ keyfiyyətli LCD ekrana sahib olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Exynos 7885 prosessoru, 3 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP ikili arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Smartfon həmçinin USB-C girişinə və ənənəvi 3.5 mm-lik audiogirişə sahib də olacaq. Galaxy M20 Samsung interfeysli Andorid 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy M10 və M20 smartfon modelləri 28 yanvar tarixində Hindistanda təqdim olunacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər