Samsung Galaxy M30 barəsində yeni məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
07.01.2019
Orxan Jafarli
Almaniyanın Allaboutsamsung adlı saytı Galaxy M30 adlı yeni smartfonun texniki göstəriciləri barəsində məlumatlar verib. Beləliklə saytın verdiyi məlumata əsasən Galaxy M30 modeli Full HD+ keyfiyyətli 6.38 düym genişformatlı Infinity-U ekran (ekran üzərində V şəkilli çıxıntı hissəli), 13 MP + 5MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, sözügedən smartfon həmçinin Exynos 7885 prosessoruna, 4 GB RAM-a və 64/128 GB daxili yaddaş həcminə sahib olacaq. Məlumatda qeyd olunmuşdu ki, Galaxy M30 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy M seriyası şirkətin yeni smartfon seriyasıdır və o, Galaxy J, Galaxy C və Galaxy On seriyalarını əvəz etməlidir. Yeni seriyaya daxil olacaq Galaxy M10, Galaxy M20 və Galaxy M30 smartfon modellərinin təqdimatı bu aya gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)