main-post-cover

    Samsung Galaxy M30 smartfonu barəsində məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    11.02.2019
    Farid Pardashunas
        Yanvar ayının sonunda Samsung şirkəti Hindistanda yeni Galaxy M smartfon seriyasını təqdim etmişdi. Həmin təqdimatda seriyanın yalnız iki smartfon modeli təqdim edilmişdi. Söhbət, Galaxy M10M20 modellərindən gedir. Lakin bilmək lazımdır ki, şirkət həmçinin Galaxy M30 üzərində də çalışır və onu hələki təqdim etməyib. Buna baxmayaraq internetdə sözügedən smartfon barəsində bəzi məlumatlar və sxematik fotolar ortaya çıxıb. Bu barədə Pricekart saytı xəbər verib.
        Xarici görünüşcə smartfon Galaxy M10 və M20 modellərinə bənzəyir. M30 modelinin ekranında da V şəkilli çıxıntı hissə yerləşir və smartfon həminki kənar nazik çərçivələrə sahibdir. Galaxy M30 modelini digər iki smartfondan yalnız arxa kamera sayı fərqləndirir. Belə ki, M30 modeli üç arxa kameraya sahibdir. Bundan əlavə olaraq M30 modeli M20-dən fərqli olaraq bir qədər uzun və geniş olacaq.

        Hindistandan olan mənbələrin verdikləri məlumatlara əsasən smartfon 2220x1080 piksel keyfiyyətli 6.38 düym ekran, Exynos 7904 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi 13 MP (f/1.9 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon iki rəngdə satışa çıxacaq: Qara və qradient göy. Galaxy M30 modelinin nə zaman satışa çıxacağı və onun hansı qiymətə satılacağı barəsində isə heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər