main-post-cover

    Samsung Galaxy M30 smartfonunun təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    18.02.2019
    Farid Pardashunas
        20 fevral tarixində Samsung şirkəti Galaxy S10 seriyasını təqdim edəcək. Lakin şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, şirkət Galaxy S10-un təqdimatından bir həftə sonra özünün Galaxy M seriyasının üçüncü smartfon modeli olacaq Galaxy M30-u təqdim edəcək. Qeyd etmək lazımdır ki, Galaxy M10 ilə M20 modelləri keçən ayın sonunda təqdim olunmuşdular. Şirkət üçüncü smartfon modelinin təqdimatını bir qədər ertələməli oldu.

        Samsung Mobile India Twitter hesabının verdiyi məlumata əsasən Galaxy M30 modeli 27 fevral tarixində təqdim olunacaq. Bu barədə Gagadget saytı xəbər verib. Təqdimat tədbiri Hindistanda baş tutacaq. Lakin smartfonun digər bazarlarda da satışa çıxacağı hələki sual altındadır. Qeyd etmək lazımdır ki, Galaxy M30-u digər modellərdən fərqləndirəcək əsas özəllik isə onun arxa kamera sayı olacaq. Belə ki, smartfon 13 MP (f/1.9 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera ilə təchiz olunacaq.
        Dizayn baxımından smartfon heçnə ilə fərqlənməyəcək. Galaxy M30 da Galaxy M10 və M20 modelləri kimi ekran üzərində V şəkilli çıxıntı hissəyə sahib olacaq. Əsas texniki göstəricilər baxımından smartfon 2220x1080 piksel keyfiyyətli 6.38 düym ekran, Exynos 7904 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən smartfon 200-250$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər