main-post-cover

    Samsung Galaxy Note 10-nun kameraları barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    20.05.2019
    Farid Pardashunas
        Yay fəslinin sonunda Samsung şirkəti yeni Galaxy Note 10 smartfon seriyasını təqdim etməlidir. Gözləntilərə əsasən şirkət 4 ədəd Galaxy Note 10 modelini təqdim edəcək: Galaxy Note 10, Note 10 Pro, Note 10eNote 10 5G. Ice Universe ləqəbi ilə tanınan məşhur insayder isə yeni smartfon modellərinin kameraları barəsində məlumatları əldə edib. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən ilk öncə təqdim olunacaq yeni Galaxy Note 10 seriyasının smartfonlarının xarici görünüşlərində bir qədər dəyişikliklər olacaq.
        Belə ki, smartfonlar 19:9 nisbətli ekranlar əldə edəcəklər. Buna görə də smartfonlar bir qədər uzadılmış gövdə dizaynına və ekran ətrafında daha da nazikləşdirilmiş çərçivələr əldə edəcəklər. Bundan əlavə olaraq yeni smartfonların ön kameralarının yerləşdikləri yerlər də dəyişəcək. Galaxy Note 10 seriyasında ön kameralar üçün Galaxy S10-dakı kimi kiçik dairəvi hissələr nəzərdə tutulacaq. Lakin Galaxy S10-dan fərqli olaraq Galaxy Note 10-da ön kamera ekranın yuxarı künc hissəsində deyil, çox güman ki, mərkəzində yerləşəcək. Galaxy Note 10-da arxa kameralar da Galaxy S10-dakı kimi olacaq. Daha doğrusu kamera modulları eyni olaraq qalacaq. Lakin onların yerləşmə yerləri dəyişəcək.
        Çox güman ki, Galaxy Note 10-nun arxa kameraları şaquli şəkildə yerləşəcəklər. Bundan əlavə olaraq kameralar arxa panelin yuxarı sol hissəsində yerləşəcəklər. Bu isə öz növbəsində smartfonlara yüksək həcmli batareyaların quraşdırılmasına imkan verəcək. Məlumata əsasən smartfonlar 4300 və 4500 mAh enerji tutumlu batareyalar ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy S10-nun əsas kamera modulu 12 MP-likdir və o, f/1.5 - f/2.4 dəyişkən diafraqmaya sahibdir. Bununla yanaşı smartfonun əsas kamerası optik stabilizasiya sisteminə və 77 dərəcə bucaq təsvirinə sahibdir.
        Smartfonun ikinci kamera modulu da 12 MP-likdir və o, optik stabilizasiya sisteminə, 45 dərəcəlik bucaq təsvirinə və f/2.4 diafraqmaya sahibdir. Üçüncü kamera modulu 16 MP-lik genişbucaqlı kamera moduludur və o, 123 dərəcəlik bucaq təsvirinə və f/2.2 diafraqmaya sahibdir. Üçüncü kamera modulu optik stabilizasiya və ya avtofokus özəlliyinə sahib deyil. Çox güman ki, Galaxy Note 10 da bu cür kamera özəllikərinə sahib olacaq. Galaxy Note 10 Pro modeli isə əlavə olaraq Time of Flight (ToF) modulu əldə edəcək. Ön kameraya gəldikdə isə onun dəyişilməz olaraq qalacağı güman edilir. Belə ki, adi Galaxy Note 10 modeli f/1.9 diafraqmalı 10 MP-lik ön kamera ilə təchiz olunacaq, Galaxy Note 10 Pro modeli isə əlavə olaraq ToF modulu əldə edəcək.
        Bütün bunlardan əlavə olaraq yeni Galaxy Note 10 seriyasında UFS 3.0 standartlı daxili yaddaşın olacağı gözlənilir. Bu cür standartlı daxili yaddaş həcmini ilk əldə etmiş smartfon isə OnePlus 7 modeli oldu. Galaxy S10 modeli UFS 2.1 standartlı daxili yaddaş həcmi ilə təchiz olunur. Son məlumatlara əsasən Galaxy Note 10 seriyasının smartfonları 6.28 düym, 6.4 düym, 6.7 düym və 6.75 düym ekranlarla təchiz olunacaqlar. Bununla yanaşı hər 4 ədəd Galaxy Note 10 modeli Snapdragon 855 / Exynos 9810 prosessoruna və S Pen stilusuna sahib olacaq. Gözlənitlərə əsasən S Pen stilusları da bir ədəd kamera ilə təchiz olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər