main-post-cover

    Samsung Galaxy Note 10 Plus smartfon modelinin ilk real fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    28.06.2019
    Emil Nəcəfov
        Hindistanın TechTalkTV adlı YouTube kanalı Samsung Galaxy Note 10 flaqman smartfon modelinin ilk real fotolarını paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş fotolarda Galaxy Note 10 Plus modeli əks olunub. Görünür, əvvəlki məlumat sızıntıları özlərini doğrultmayacaq və Galaxy Note 10-nun bu modeli Pro deyil məhz Plus adlandırılacaq. Fotolardan da görmək olar ki, smartfon nazik çərçivələrə sahib ekran ilə təchiz olunub. Onun kənarları isə əyilmiş formadadır.

        Bununla yanaşı smartfon ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi formalı çıxıntı hissəni görmək olar. Smartfonun arxa panelində 4 kamera modulu yerləşdiriləcək. Onlardan 3-ü bir sırada, dördüncüsü isə LED işıqlandırma sisteminin yanında yerləşəcək. Arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya smartfonun ekranına inteqrasiya olunacaq.

        Son məlumat sızıntılarına əsasən Galaxy S10 Plus modeli 3040x1440 piksel keyfiyyətli 6.75 düym Dynamic AMOLED ekran (HDR10+ dəstəkli), Snapdragon 855 / Exynos 9825 prosessoru, 12 GB RAM, UFS 3.0 formatlı daxili yaddaş həcmi, 12 MP +12 MP + 16 MP + 3D ToF dörd arxa kamera modulu və sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Son məlumat sızıntısında qeyd olunmuşdu ki, şirkət yeni Galaxy Note 10 seriyasının təqdimatını 7 avqust tarixində keçirdəcək. Ümumilikdə isə təqdimat tədbirində 4 ədəd Galaxy Note 10 modelinin təqdim olunacağı gözlənilir.
    Linki kopyala