main-post-cover

    Samsung Galaxy Note 10+ 5G modelinin press-render fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    25.07.2019
    Farid Pardashunas
        Samsung Galaxy Note 10+ smartfon modelinin press-render fotolarından sonra internetdə yüksək keyfiyyətdə Galaxy Note 10+ 5G modelinin press-render fotoları ortaya çıxdı. Fotoları məşhur insayder Evan Blass təqdim edib. Bu barədə Fonearena saytına istinadən 4pda saytı xəbər verib. Galaxy Note 10+ 5G modelini adi Galaxy Note 10+ modelindən fərqləndirəcək əsas özəllik ondan ibarət olacaq ki, Galaxy Note 10+ 5G arxa paneldə ToF kamera moduluna sahib olmayacaq.

        Çox güman ki, şirkət ToF kamera modulundan imtina edərək smartfon gövdəsindəki yerə qənaət edib və ToF modulun yerinə 5G modemi yerləşdirib. Məlumata əsasən Galaxy Note 10+ modeli 6.8 düym Dynamic AMOLED ekran, 12 GB RAM, UFS 3.0 standartlı 512 GB daxili yaddaş həcmi və 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki, 5G modelinin texniki göstəriciləri bəzi istisnalar olmaqla demək olar ki, adi Galaxy Note 10+ modelinin texnki göstəriciləri ilə eyni olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Note 10 smartfon seriyasının təqdimatı 7 avqust tarixində baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər