Logo
    main-post-cover

    Samsung Galaxy Note 5 və Galaxy S6 Edge Plus-ın işlək halda foto və texniki göstəriciləri paylaşıldı

    Samsung-un haqqında hər gün yeni bir xəbər oxuduğumuz Note 5 və Edge Plus modellərinin bu dəfə işlək vəziyyətdə fotoları və daha dəqiq texniki parametrləri paylaşılıb. Hələ ki, telefonların rəsmi təqdimatı baş tutmasa da bir çox mənbə 12 avqust tarixində hər iki smartfonla bağlı hər şeyin dəqiqləşəcəyini deyir.
     
    Edge seriyasının yeni üzvü 5.5 inç 2K ekran, 3GB ram və 2800 mAh batareyayay sahibdir. Bütün hesablamaları Snapdragoon 808 və ya Samsung-un Exynos 7420 prosessoru ilə aparan telefonun arxa kamerası digər S6 modellərində olduğu kimi 16 mp-dir.


    Digər bir yeni Galaxy modeli Note 5 isə 5.9 inç korpusunda Edge Plus-da olduğu kimi görüntüləri 2K Super Amoled ekranından ötürür. Lakin Edge Plus-dan fərqli olaraq Note 5-də Samsung 4 gb ram-dan istifadə etmək qərarına gəlib. Prosessor seçimində yenə Exynos 7420 və Snapdragoon 808-dən istifadə edən Note 5-in batareya tutumu isə nə az nə çox düz 4000 mAh-dir.  

     

    Paylaş
    Bənzər xəbərlər