Logo
    Samsung Galaxy Note 7-nin əsas problemləri hansılardır?

    Samsung Galaxy Note 7-nin əsas problemləri hansılardır?

    Müxtəlif cihazların təmiri ilə məşqul olan "iFixit” saytının mütəxəssisləri Galaxy Note 7 smartfonunu hissələrə ayıraraq onun təmirolunma səviyyəsini yoxlayıblar. Məlum olub ki, smartfonu təmir etmək o qədər də asan iş deyil.

    Mütəxəssislər smartfonu hissələrə ayıraraq 3 əsas problemi aşkar ediblər.
    - Smartfonun arxa şüşə paneli dözümlü yapışqan ilə korpusa bərkidilmişdir. Smartfona xəsarət vermədən onu ayırmaq və cihazın daxili detallarına nəzər salmaq çox çətindir
    - Yapışdırılmış qapağa görə smartfonun batareyasını dəyişmək asan deyil
    - Smartfonun bükülmüş kənar şüşələrini sensordan matrisanı ayırmaqla dəyişmək çox güman ki, mümkün olmayacaq. Belə ki, bükülü kənar şüşələr elastik detalları zədələyə bilər.
    Lakin Galaxy S7 ilə müqayisədə Galaxy Note 7 asan təmir olunur.
    - Dəyişilmiş aralıq kabel sxemi cihazın ekranına tounmadan enerji yığma girişinin platasını çıxartmağa imkan verir
    - Batareyanı ana platanı çıxartmadan ayırmaq olar
    - microUSB girişin dəyişilməsi üçün də həmçinin ana plataya toxunmağa ehtiyac yoxdur.
    Bundan əlavə olaraq JerryRigEverything adlı videoblogger cihazın ekranını qoruyan Gorilla Glass 5 şüşəsinin necə asanlıqla cızıldığını çəkdiyi videoda göstərib.
     

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...