
Samsung Galaxy Note 7-nin satışı təxirə salına bilər
Elm & Texnologiya
07.05.2017
Farid
Samsung Galaxy Note 7-yə olan maraq yetərincə çox olduğundan bəzi ölkələrdə satışa çıxarılma vaxtı təxirə salınmalı olub. Bunun səbəbi nədir və təxirə salınan ölkələr hansılardır?
"Samsung" şirkətinin son dövrlərdə məşhurluğunun artması onun həyata keçirdiyi satış strategiyasına da öz təsirini
göstərməkdə davam edir. Belə ki, "Samsung" şirkətinin istehsalı olan S7 və Note 7 modellərinin istehlakçıların diqqətini cəlb etməsindən sonra şirkətin yeni təqdimatını etdiyi Galaxy Note 7-yə də maraq yetərincə yüksəkdir.
Şirkətin keçirdiyi ön sifariş strategiyası
nəticəsində ortaya çıxan tələb, stok problemi yaratdığı üçün bəzi ölkələrdə
telefonun satışa çıxma vaxtı təxirə salınıb.
Amerikada avqust ayında satışa
çıxması gözlənən Galaxy Note 7 telefonunun Hollandiya, Rusiya, Ukrayna kimi
ölkələrdə sentyabrın 2-si satışa çıxması gözlənsə də, adı çəkilən ölkələrdə bu
tarix sentyabrın 30-na təyin olunub. Qonşu Türkiyədə isə tarixdə heç bir dəyişiklik
olmayıb və avqustun 25-i satışa çıxarılması gözlənilir.
Paylaş
Bənzər xəbərlər