main-post-cover

    Samsung Galaxy S10, 3 fərqli model ilə satışa çıxacaq

    Elm & Texnologiya
    27.06.2018
    Nijat Hamid
    Bildiyimiz kimi, Huawei 3 fərqli P20 modeli ilə satışa çıxdıqdan sonra Apple şirkətinin bir sonrakı modellərinin də 3 fərqli qiymətə və modelə malik olacağı sızdı. İndiki məlumatlara görə Samsung şirkəti də Galaxy S10 modelini 3 fərqli tipdə satışa çıxaracaq.
    Sızan məlumatlara görə Galaxy S10, 2 ədəd 5.8 inchli və 1 ədəd 6.2 inchli model ilə satışa çıxacaq.     
    5.8 inch ekranı olan və daha ucuz olması gözlənilən Galaxy S10 modeli tək kamera sensoruna malik olacaq. Əlavə olaraq dəyişə bilən diafraqma xüsusiyyətinə malik olacaq bu model Galaxy S9-un davamçısı olaraq nəzərə alınır və Beyond 0 kod adına malikdi. Digər 5.8 inch olan modeldə 2 ədəd kamera sensoru olacaq və Beyond 1 kod adına malik olan bu model Galaxy S9 Plus-ın davamçısı olaraq gözlənilir. 6.2 inch olan model isə 3 ədəd arxa kamera ilə gələcək. 1-ci kamera diaqraqması dəyişə bilən ana kamera, 2-ci kamera telefoto lens, 3-cü kamera isə geniş dərəcəli kamera olacaq. Hər 3 model arasında qiymət fərqi olması gözlənilir.

    Linki kopyala