main-post-cover

    Samsung Galaxy S10 5G smartfonu haqqında yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    19.12.2018
    Emil Nəcəfov
        İnternetdə Samsung Galaxy S10 seriyası barəsində yeni məlumatlar ortaya çıxıb. Bu dəfə yeni məlumatlar Galaxy S10 modelinin 5G şəbəkə dəstəkli versiyasına aiddir. Beləliklə məşhur Ice Universe adlı mənbənin verdiyi məlumata əsasən Galaxy S10 seriyasının ən flaqman versiyası məhz 5G şəbəkə dəstəkli versiyası olacaq.
        Məlumatda həmçinin qeyd olunub ki, Galaxy S10 5G modeli digər Galaxy S versiyaları ilə müqayisədə ən böyük ekran ölçüsünü əldə edəcək. Belə ki, sözügedən model 6.7 düym ekranla təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarında həmçinin qeyd olunurdu ki, Galaxy S10 5G modelinin arxa paneli keramikadan hazırlanacaq. Ice Universe-in verdiyi yeni məlumatlara əsasən Galaxy S10 5G ilk növbədə ABŞ-da və Cənubi Koreyada satışa çıxacaq. Smartfonun digər bazarlarda satışa çıxması isə 5G şəbəkəsinin digər ölkələrdə hansı sürətlə yayılmasından asılı olacaq.
    Linki kopyala