main-post-cover

    Samsung Galaxy S10 ilə eyni gündə: Xiaomi şirkəti Mi9 smartfonunun təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    13.02.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti heç gözlənilmədən Mi9 flaqman smartfonunun təqdimat tarixini elan etdi. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilmiş posterlərə əsasən Mi9 smartfonu 20 fevral tarixində təqdim olunacaq. Bu barədə Gagadget saytı xəbər verib. Maraqlısı ondadır ki, həmin tarixdə Samsung şirkəti özünün Galaxy S10 flaqman seriyasını təqdim edəcək. Xiaomi şirkətinin məhsullar üzrə direktoru Wang Teng Thomas-ın əvvəlcədən də bildirdiyi kimi Mi9-un dizaynı dizayner Mi Liu tərəfindən hazırlanıb. O həmçinin vaxtı ikən Mi6-nın da dizaynını hazırlamışdı. Buna görə də smartfonlar xarici görünüşcə oxşar özəlliklərə sahib ola bilərlər.

        Məlumata əsasən Xiaomi Mi9 smartfonu 19:9 nisbətli FHD+ keyfiyyətli 6.4 düym AMOLED ekran (ekran üzərində V şəkilli çıxıntı hissə ilə), Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586 kamera modulu) + 12 MP + 3D TOF üçlü arxa kamera, sürətli enerji yığma özəllikli 3500 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun baza versiyasının 440$-a satılacağı güman edilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər