main-post-cover

    Samsung Galaxy S10 ilə S10 Plus smartfonlarının yeni real fotoları sızdırıldı

    Elm & Texnologiya
    25.01.2019
    Farid Pardashunas
        Allaboutsamsung saytı Galaxy S10 ilə Galaxy S10 Plus smartfon modellərinin yeni real fotolarını paylaşıb. Fotolardan belə qənaətə gəlmək olar ki, adi Galaxy S10 modelinin ekranında bir ədəd ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə yerləşir. Galaxy S10 Plus modelinin ekranında isə ikili ön kamera üçün nəzərdə tutulmuş hissə var. Hər iki smartfon modeli şarj prosesi üçün USB-C girişinə və ənənəvi 3.5 mm-lik audiogirişə sahib olacaq. Bununla yanaşı təqdim edilmiş yeni fotolar hər iki modelin üçlü arxa kameraya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacağı məlumatını təsdiqləyir. Qeyd etmək lazımdır ki, Samsung şirkətinin yeni Galaxy S10 flaqman seriyası 20 fevral tarixində San Fransiskoda təqdim ediləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər