Samsung, Galaxy S10 ilə yeni dizayna keçəcək:2019 Galaxy və Note modelləri belə görünə bilər

Samsung, Galaxy S10 ilə yeni dizayna keçəcək:2019 Galaxy və Note modelləri belə görünə bilər

Texnologiya
23.06.2018 PAYLAŞIM

Bir neçə gün öncə Galaxy S10 modelinin ilk prototip görüntüsünün sızdırılması ilə bağlı xəbər hazırlamışdıq. Bu səfər isə yeni patent şəkilləri yayılıb. Görünüşə görə Samsung, Galaxy S8 ilə başladığı İnfinite Display və oval çərçivəli dizaynı artıq bir üst seqməntə təkminləşdirir.

Bir patent şirkəti tərəfindən sızdırılan şəkillərə görə Samsung yeni bir dizayna keçməyi planlayır.. Telefonlarındakı çərçivələri maksimum dərəcə azaldıb, oval kənarları daha sərt və düzbucaqlı şəklində etmək istəyir.                        

Sızdırılan patent şəkillərinə baxdıqda alt çərçivələrin tamamilə nazikləşdirildiyini və üst çərçivələrin isə ön kamera, sensorlar üçün daha incə bir hala gətirildiyini görürük. Digər maraqlı məqam isə, telefonun arxa panelində 2-ci bir ekranın olmasıdır. İddialara görə, Samsung bir sonrakı flaqman modellər üçün arxaya 2-ci bir ekran qoymağı planlayır. Nə qədər estetik və istifadəsi uyğun olacağı müzakirəli məsələdir doğrusu. USB Type-C portunun yanında 2 ədəd dinamik görürük. Yəni bu dizayn ilə birliktə stereo dinamiklər tamamilə qayıda bilər. Arxa panel realistik gəlməsə də, S10 prototipinə nəzər saldıqda sonraki illərdə çıxacaq GalaxyNote modellərinin ön ekranı bu cür ola bilər.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Elon Musk-ın Roadrunner adlı gizli layihəsi: Daha ucuz və yüksək həcmli batareya..

 Son bir neçə ay ərzində Tesla şirkəti öz elektromobilləri üçün batareya istehsalı ilə özünün məşğul..


Citroen şirkəti 4 iPhone qiymətinə satılan Ami adlı elektromobili təqdim etdi (V..

Avtomobil istehsalçısı olan Citroen orijinal dizayna və ultrakompakt ölçüyə sahib Ami adlı elektromo..


Huawei, dünyanın ilk Wi-Fi 6+ routerini təqdim etdi: HarmonyOS ilə işləyəcək..

Huawei bəzi 5G cihazlarını təqdim edərkən Wi-Fi 6+ texnologiyasına malik olan dünyanın ilk routerini..


Samsung yeni nəsil OLED ekranların hazırlandığını elan etdi

Samsung şirkəti yeni nəsil OLED ekranların hazırlandığını elan etdi.


HTC şirkəti Wildfire R70 adlı yeni büdcəli smartfonunu təqdim etdi

Uzun zaman ərzində barəsində səs-səmir gəlməyən HTC şirkəti yeni ildə ilk smartfon modeli olan Wildf..


109 illik qısa film Süni Zəka vasitəsilə 4K keyfiyyətə yüksəldildi

1911-ci ildə çəkilən qısa film Denis Shiryaev tərəfindən 4K keyfiyyətə süni zəka vasitəsilə yüksəldi..