main-post-cover

    Samsung Galaxy S10-nun kod adı və digər detalları məlum olub

    Elm & Texnologiya
    04.05.2018
    Farid Pardashunas
    Yeni şayiələrə əsasən Galaxy S10-nun kod adı Beyond olacaq. Həmçinin məlumdur ki, Samsung şirkəti sözügedən smartfon üzərində artıq bir neçə aydır ki, çalışır. Bu barədə Sammobile saytı xəbər verib. Hal-hazırki mərhələdə mühəndislər ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasından hansını istifadə etmək haqqında düşünürlər. Onların qarşısında 3 seçim var. Ezestek, Qualcomm və ya Synaptics şirkətinin texnologiyası. Heç istisna deyil ki, Samsung hər 3 şirkətin texnologiyasını seçə bilər.
    Bu halda Samsung şirkəti Galaxy S10-nun istehsalında sözügedən texnologiyanın çatışmazlığını bərpa edəcək. Bundan əlavə olaraq Galaxy S10 yeni nəsil istifadəçi üzü skanı texnologiyası ilə də təchiz olunacaq və o, iPhone X-də olan Face ID səviyyəsində çalışacaq. Bu texnologiya üzrə işlər gedir və hal-hazırda Samsung mütəxəssisləri istifadəçi üzünün dəqiq skan problemlərini həll edirlər. Məlumata əsasən Galaxy S10 5.8 inç ekran, Galaxy S10 Plus isə 6.3 inç ekran ilə təchiz olunacaq. Smartfonlar ya Snapdragon 855 yada Exynos 9820 prosessorlarına sahib olacaqlar. Yeni Galaxy S seriyasının dəqiq təqdimat tarixi və qiyməti barəsində heç bir məlumat yoxdur. Lakin təqribi təqdimat müddəti kimi 2019-cu ilin birinci rübü göstərilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər