main-post-cover

    Samsung Galaxy S10 Plus'ın keramik materialdan hazırlanmış versiyası olacaq

    Elm & Texnologiya
    21.01.2019
    Farid Pardashunas
        Yeni Galaxy S10 flaqman seriyasının keramik gövdəyə sahib olacaq versiyasının da satışa çıxacağı məlumatı hələ bir neçə ay bundan öncə yayılmışdı. İndi isə məşhur insayder Ice Universe bildirib ki, bu cür versiya Galaxy S10 Plus modelində olacaq. Onun sözlərinə əsasən Galaxy S10 Plus modelinin bu versiyasının arxa paneli keramik materialdan hazırlanacaq. Bunun sayəsində smartfon yüksək hündürlükdən düşüşlərə və cızıqlara tab gətirəcək.
        Lakin bu səbəbdən smartfonun çəkisini qurban vermək lazım gələcək. Belə ki, keramik materialdan hazırlanacaq gövdəyə sahib olacaq Galaxy S10 Plus modeli çəki baxımından adi modellərdən bir qədər ağır olacaq. Lakin keramik gövdə sözügedən modelin yeganə fərqləndirici özəlliyi olmayacaq. Belə ki, Galaxy S10 Plus modelinin bu versiyası 12 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib olacaq. Bu cür smartfonun hansı qiymətə satılacağı barəsində isə məlumat yoxdur. Qeyd etmək lazımdır ki, yeni Galaxy S10 seriyasıı 20 fevral tarixində San Fransiskoda təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər