main-post-cover

    Samsung Galaxy S10 Plus smartfonu başqa cür adlandırıla bilər

    Elm & Texnologiya
    23.01.2019
    Orxan Jafarli
        Görünür, Samsung şirkəti bu il öz ənənələrini dəyişmək niyyətindədir. Belə ki, son yayılmış məlumatlar məhz bu cür fikri yaradır. Son yayılmış məlumata əsasən şirkət özünün Galaxy S10 Plus smartfon modelinin adını dəyişəcək. İnsayderlərin verdikləri məlumatlara inansaq, 6.4 düym ekrana sahib olacaq model Galaxy S10 Plus deyil Galaxy S10 Pro adlanacaq. Bu barədə Phonearena saytı xəbər verib. Hələki şirkətin Plus adından imtina edəcəyi məlumatı o qədər də inandırıcı səslənmir. Lakin smartfonun adında Pro sözünün istifadəsi də bir tərəfdən məntiqlidir.
        Birincisi bu sözdən öz flaqman smartfon modellərinin adlandırılmasında Huawei şirkəti istifadə edir və qeyd etmək lazımdır ki, Huawei son zamanlarda Samsung şirkətinin ən böyük rəqiblərindən birinə çevrilib. İkincisi əgər Plus sözü smartfonda yalnız ekran ölçüsünün böyük olması ilə əlaqələndirilirsə, Pro sözü daha güclü texniki göstəricilərə sahib smartfon ilə əlaqələndirilir.
        Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında adi Galaxy S10 ilə Galaxy S10 Lite modellərinin də başqa adlara sahib olacaqları barəsində məlumatlar yayılmışdı. Belə ki, yayılmış məlumatlarda qeyd olunurdu ki, adi Galaxy S10 modeli Galaxy S10 Edge, Galaxy S10 Lite modeli isə Galaxy S10E adlanacaq. Qeyd etmək lazımdır ki, Samsung şirkəti özünün yeni Galaxy S10 seriyasının təqdimatını 20 fevral tarixində San Fransiskoda keçirəcək.
    Linki kopyala