main-post-cover

    Samsung Galaxy S10 Plus smartfonunun ilk real fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    17.01.2019
    Emil Nəcəfov
        Reddit istifadəçilərindən biri Samsung Galaxy S10 Plus flaqman smartfonunun ilk real fotosunu paylaşıb. Sözügedən foto Cənubi Koreyada çəkilib. Fotodan da görmək olar ki, smartfon nazik çərçivələrə sahib genişformatlı ekranla təchiz olunub və smartfonun yuxarı sağ hissəsində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəyə bənzər yer var.

        Son məlumat sızıntılarına əsasən Galaxy S10 Plus smartfonu 2960x1440 piksel keyfiyyətli 6.4 düym AMOLED ekran, Exynos 9810/Snapdragon 855 prosessorları (satışa çıxacağı bazardan asılı olaraq), 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 16 MP + 16 MP + 13 MP üçlü arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni Galaxy S seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq.
    Linki kopyala