main-post-cover

    Samsung Galaxy S10 və S10 Plus smartfonlarının yeni press-render fotoları təqdim edildi

    Elm & Texnologiya
    01.02.2019
    Farid Pardashunas
        İnternetdə yeni Galaxy S flaqman seriyasının smartfon modellərinin fotoları ortaya çıxmağa davam edir. Bu dəfə məşhur insayder Roland Quandt sözügedən smartfon seriyasının adi və Plus versiyalarının rəsmi press-render fotolarını təqdim edib. Məlumata əsasən smartfonlar Avropada 4 rəngdə satışa çıxacaqlar:

    Standart qara, qradient ağ, yaşıl və göy. Təqdim olunmuş fotolardan da görmək olar ki, smartfonlar ekran ölçüləri və ön kameraların sayı baxımından fərqlənirlər. Adi Galaxy S10 modeli 6.1 düym AMOLED ekran və bir ədəd ön kameraya, Galaxy S10 Plus modeli isə 6.4 düym AMOLED ekran və ikili ön kameraya sahib olacaq.

        Əsas texniki göstəricilər baxımından smartfonlar eyni olacaqlar. Belə ki, hər iki smartfon Exynos 9810 və ya Snapdragon 855 prosessorları (satışa çıxacağı bazardan asılı olaraq), 6/8 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 16 MP + 16 MP + 13 MP üçlü arxa kamera və ekrana inteqrasiya edilmiş barmaq izi skanı tenxologiyası ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, yeni Galaxy S seriyasının smartfonlarının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər